İran XİN: "Tramp komandası ilə mesaj mübadiləsi etməmişik"

media-hightechnic-468x90

Avropa ilə Rusiya arasında nüvə danışıqlarının formatı ilə bağlı fikir ayrılıqları var. Biz bu problemi həll etməliyik.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi ISNA-ya müsahibəsində deyib.

Diplomat Trampın İrana qarşı siyasəti ilə bağlı qarşılıqlı məsləhətləşmələr apardığını vurğulayıb: “Dostlarımızla məsləhətləşərək Trumpla necə davranacağımızı düşünürük. Biz Tramp komandası ilə mesaj mübadiləsi etməmişik”.

Nazir müavini Avropa İttifaqı ilə müzakirələrə də toxunub: “Biz Aİ ilə nüvə məsələsi və sanksiyalarla bağlı bəzi təfərrüatları müzakirə etdik. 1 ay ərzində yeni danışıqların baş tutmasını gözləyirik”.
“Biz Qərblə regional məsələlər haqqında danışırıq. Danışıqlara qeyri-nüvə məsələləri daxil etməyəcəyik. İranın zəif olması və danışıqlar zamanı güzəştə gedə biləcəyi iddiaları cəfəngiyyatdır”, – o qeyd edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05