İran yenə təəccübləndirdi

media-hightechnic-468x90

313128İran hakimiyyəti şəbəkə azadlığının məhdudlaşdırılması təşəbbüsü ilə tanınır, lakin əvvəllər yalnız ayrı-ayrı saytların bloklanmasından söhbət gedib. İndi isə İran İslam Respublikasında hər bir internet istifadəçisinin kompüterinə fərdi identifikasiya sistemini quraşdırmaq istəyirlər.

Yaxın gələcəkdə internetdən istifadə etmək istəyənlər identifikasiya ediləcək və biz hər bir istifadəçinin şəxsiyyətini təyin edə biləcəyik – telekommunikasiya naziri Mahmud Vaezi deyib. Nazir sistemin iş prinsipi və işə salınma müddətini açıqlamayıb. Beləliklə, ölkə hökuməti istəyir ki, istifadəçilər haram materialı oxumasın.

İran hakimiyyəti, həmçinin istənilən haram materialı şəbəkədən maksimal sürətdə siləcək ağıllı avtomatik filtrlər yaratmağa ümid edir.

Sözügedən sistem 10 ay ərzində istifadəyə verilməlidir. Hazırda İranda Google, Youtube, Facebook, Twitter, Whatsapp, Viber, Vkontakte və digər sosial xidmətlər, sayt və mobil tətbiqlər bloklanıb.

(arxiv.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600