İrana qarşı yeni sanksiyalar nefti bahalaşdırır

media-hightechnic-468x90

Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.

Yenicag.Az  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,33% artaraq 54,01 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,33% artaraq 57,00 dollar olub.

ABŞ tərəfindən İrana qarşı sanksiyaların genişləndirilməsi neftin bahalaşmasına səbəb olub. Lakin ABŞ-da hasilatın artması ilə bağlı ehtimallar “qara qızıl”ın kəskin bahalaşmasının qarşısını alır. İrana qarşı sanksiyaların genişləndirilməsi elan olunduqdan sonra ötən həftənin cümə günü WTI nefti 1,3% bahalaşıb.
Paralel olaraq “Baker Hughes” servis şirkətinin açıqladığı statistikaya əsasən, ABŞ-da quraşdırılan neft buruqlarının sayı 17 ədəd artaraq 583-ə çatıb.

Yenicag.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600