İranda ötən sutka ərzində daha 156 nəfər yeni növ koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 23313 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2619 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 404648 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3798 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
O, əlavə edib ki, İranda indiyədək 348013 nəfər koronavirusdan sağalıb.
www.yenicag.az