İranda futbolçular arasında “cadugərlik qalmaqalı” – Kuryoz hadisə
İranda futbol sahəsində “cadugərlik fəaliyyəti” ilə bağlı yeni qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, İran Futbol Federasiyasının sözçüsü Əmir Mehdi Ələvi dövlət televiziyasına açıqlamasında bildirib ki, bir falçı ilə əlaqədə olduqlarını etiraf edən iki nəfər saxlanılıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ümumilikdə 50-dən çox şəxs ifadə verməyə çağırılıb.
Ələvi vurğulayıb ki, ölkədə futbol həyəcanının bu kimi qalmaqallardan mənfi təsir görməsinə imkan verilməməlidir.
Xatırladaq ki, bir müddət əvvəl 4 futbol məşqçisi “cadugərliklə bağlı fəaliyyətlərdə iştirakı” səbəbindən vəzifəsindən uzaqlaşdırılmışdı. Ötən illərdə isə bəzi futbolçular və məşqçilər iddia ediblər ki, oyunlar zamanı sahələrə “cadu” edilib və bəzi klublar illik müqavilələrlə falçılarla əməkdaşlıq ediblər.