İranda içməli suya görə etirazlar başladı

media-hightechnic-468x90

İranın cənub-qərbində yerləşən Çaharmahal və Bəxtiyariyə əyalətinin inzibati mərkəzi sayılan Şəhrikürd şəhərinin sakinləri içməli suyun olmaması səbəbindən qubernatorun iqamətgahı qarşısında nümayiş təşkil ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə İRİB dövlət kanalı məlumat yayıb.

Məlumata görə, susuzluğa səbəb yağıntıların olmaması və ölkədə son 50 ilin ən pis quraqlığının yaşanmasıdır.

Qeyd edək ki,İsfahan şəhərində də yüzlərlə fermer şəhərin yeganə çayı olan Zayanderudun quruması ilə bağlı aksiya keçirib. İran Prezidenti İbrahim Rəisi şəhərdə içməli su çatışmazlığı problemini aradan qaldırmaq üçün energetika nazirini İsfahana göndərib./Axar/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600