!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda koronavirusa yoluxanların sayı 358 mini ötdü

!Reklam – Yazi

İranda ötən sutka ərzində koronavirusdan 141 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 20 663 nəfərə çatıb.

Ölkədə daha 2 113 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 358 905 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 841 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 309 464 nəfər koronavirusdan sağalıb.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv