İranda ötәn sutka әrzindә daha 112 nәfәr yeni növ koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Belәliklә ölkədə bu virusdan ölәnlәrin sayı 20 376 nәfәrә çatıb.
İranda ötәn 24 saat әrzindә daha 2 206 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 354 764 nәfәrә yüksәlib. Onlardan 3 794 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi İranda 305 866 nәfәrin koronavirusdan sağaldığını deyib.
www.yenicag.az