İranda ötən sutka ərzində daha 209 nəfərin koronavirusdan (COVID19) ölməsi nəticəsində bu virusdan ölənlərin sayı 14 188 nəfərə çatıb.
Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 2 182 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 273 656 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 556 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, indiyədək İranda 237 788 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Şərqi Azərbaycan, İlam, Buşehr, Rəzəvi Xorasanı, Xuzistan, Zəncan, Gülüstan, Mazandaran, Kirman və Fars vilayətlərinin qırmızı zonalar olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,14 milyondan çox test həyata keçirilib.