!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda koronavirusdan ölənlərin sayı 21 137 nəfərə çatdı

!Reklam – Yazi

İranda ötən sutka ərzində daha 117 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da ölkədə virusdan ölənlərin sayı 21 137 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 190 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 367 796 nəfərə çatıb. Virus daşıyıcılarından 3 822 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 316 638 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin qırmızı zonalar hesab olunurlar.

COP29

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv