İranda son sutka ərzində daha 177 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Onun sözlərinə görə, bununla da İranda ölənlərin sayı 24 478 nəfərə çatıb.
Ölkədə ötən 24 saat ərzində 3 341 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 425 481 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 912 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 361 523 nəfər koronavirusdan sağalıb.
İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
www.yenicag.az