!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda növbəti Prezident kim olacaq? - Ekspert rəyi

!Reklam – Yazi

Molla rejimi İran növbəti prezident seçkilərinə hazırlaşır. Mayın 19-da 6 namizəd arasından ölkəyə yaxın 5 ildə rəhbərlik edəcək yeni prezident seçiləcək. Görəsən, bu seçkilərdə kimin qalib gəlmək şansı daha yüksəkdir? Həsən Ruhani prezident kürsüsünü saxlaya biləcəkmi? Yoxsa, mühafizəkarlar revanş götürəcəklər?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Yeniçağ.az-a açıqlamasında hazırkı prezident Ruhaninin hakimiyyətdə qalmaq şanslarının daha yüksək olduğunu bildirdi:
“İranda keçiriləcək prezident seçkisi o qədər də önəmli hadisə deyil. Sadəcə olaraq, bir sıra ölkələrdə prezident seçkiləri əhəmiyyət daşıdığından, bəzən belə təəssürat yaranır ki, İranda da baş verən anoloji seçki prosesinin region və dünyaya hansısa təsiri olacaq. Əsla belə deyil. İran Konstitusiyasına görə, prezident ölkədə ikinci adamdır. O, ölkə siyasətində aparıcı rol oynamır. Sadəcə olaraq, icraedici orqanın başında dayanan birinci adamdır. Prezidentə hansı tapşırıqlar verilərsə, onu da icra edəcək. Amma ortalıqda bu tapşırığı kimin daha yaxşı icra edə bilməsi məsələsi var. Ayətullah Xomeyninin ideyalarını və Ayətullah Seyidəli Xamneyinin tapşırıqlarının daha yaxşı icra edən şəxs ölkənin prezidenti olacaq. Başqa sözlə, İranda güc və hökm ali dini rəhbər Seyidəli Xamneyinin əlindədir. Bu mənada indiki halda seçilmə imkanları daha yüksək olan namizəd hazırkı prezident Həsən Ruhanidir. Mühafizəkarların namizədləri və prosesə cəlb edilən digərləri isə sadəcə olaraq yarışı qızışdırmaq, ölkədəki müxtəlif dairələrin seçki prosesində iştirakını təmin etmək üçündür. Namizədlərdən olan Qalifah az qala hər seçki kampaniyasında namizəd olaraq göstərilib. Yəni özünü namizəd göstərməyə sanki vərdiş edib. Mühafizəkarların namizədi “İmam Rza” fondunun rəhbəri Rəisidir. Qalan namizədlər ciddi füqurlar deyil. Bu namizədlər fonunda da Həsən Ruhani daha parlaq görünür. Həmin namizədlər arasında da güneyli soydaşlarımızın marağını təmin etməyə qadir olan heç bir şəxs yoxdur. Ümumiyyətlə, indiyə qədər bu, olmayıb. Vaxtilə bu istiqamətdə müəyyən qədər cəhd edən Mir Hüseyn Musəvi oldu. Amma o da namizəd olmaqdan başqa irəli gedə bilmədi. Sonra da həbs olunaraq ev dustağı oldu. Sonrakı dövrlərdə də Güney Azərbaycan türklərinə sadəcə olaraq vədlər verilirdi. Hansı ki, həmin vədlər də İran Konstitusiyasında icra olunmayan maddələrin icrası ilə bağlı idi. Lakin bu müraciətlərə də əməl olunmadı. Bu baxımdan İranda hakimiyyətdə olanlar indiyə qədər Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində heç bir addım atmayıb və bundan sonra da atmayacaqlar. Çünki mövcud rejim həmin haqları verməyə qadir deyil”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv