Təkcə ötən iki həftə ərzində İranda saxta spirtli içkilərdən (metil spirti) ölüm halları 48 nəfərə çatıb.
Bu barədə Yenicag.az yerli mediaya istinadən məlumat verib.
Ən çox ölüm halları Mazandaran, Gilan, Həmədan və Zəncan vilayətlərində qeydə alınıb.
Ötən iki həftə ərzində minimum 200 nəfər spirtli içkidən zəhərlənmə ilə əlaqədar xəstəxanalara müraciət edib. Bir çox zəhərlənənlərdə isə ya böyrək çatışmazlığı yaranıb və ya da görmə qabiliyyətini itirib.
Qeyd edək ki, İranda spirtli içkilərin istifadəsi qadağandır. Spirtli içkilər adətən ya başqa ölkələrdən gətirilir ya da ölkədə gizli məkanlarda istehsal olunur./Trend/
www.yenicag.az