İranda şok iddia: "Xamenei sui-qəsd nəticəsində öldürülüb"

media-hightechnic-468x90

 

media-banner_tuq

İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneinin sui-qəsd nəticəsində həlak olması barədə xəbərlər yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Politoloq yaydığı məlumatla bağlı sayta verdiyi açıqlamasında Ali Rəhbərin öldürülmə ehtimalının yüksək olduğunu bildirib:

“Dünən ‘Xalq Mücahidləri Təşkilatı’ Xameneinin ofisinə hücum edib və iddialara görə, bu hücumda Ali Rəhbər öldürülüb. Hakimiyyətin idarəçiliyinin Əli Laricaniyə ötürüldüyü deyilir. Xameneinin bir neçə gün öncə, özünə nəsə ola biləcəyi ehtimalına qarşı müəyyən vəsiyyətlər etdiyi barədə məlumatlar var idi. Böyük ehtimalla, Xamenei sui-qəsd qurbanı olub.”

Qeyd edək ki, hələlik İranın rəsmi dövlət orqanları və ya müstəqil beynəlxalq agentliklər bu xəbəri təsdiqləməyib. Hadisə ilə bağlı rəsmi bəyanatın veriləcəyi gözlənilir.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05