Tramp bəhanəni tapdı – 18 əsgərin ölümü: Yaxın Şərqdə BÖYÜK MÜHARİBƏ AN MƏSƏLƏSİDİR

media-hightechnic-468x90

“ABŞ 18 əsgərinin həlak olmasını İrana bağışlamayacaq”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

media-elcin-xalidbeyli-1

Politoloq İranın hava zərbələri nəticəsində 18 ABŞ əsgərinin indiyədək həlak olmasının doğuracağı nəticələrdən söz açıb:

“ABŞ və İran arasındakı müharibənin yaxın vaxtlarda bitməsi o qədər də inandırıcı görünmür. ABŞ hədəflərinə çatmayıb və hədəflərinə çatılmadan müharibənin dayandırılması Tramp administrasiyasına bağışlanmaz. Amerikanın siyasi elitası hansısa mərhələdə Tramp administrasiyasından bunun hesabını soruşa bilər. Ona görə də, böyük ehtimalla bu müharibə bir müddət davam edəcək. Xüsusilə Amerika hərbçilərinin həlak olması situasiyanı daha da gərginləşdirir. Bu, Tramp administrasiyasının yeni bəhanələr qazanmasına imkan yaradır. Amerikalılar öz əsgərlərinin və vətəndaşlarının müdafiəsinə xüsusi önəm verirlər. ABŞ siyasi elitasında Tramp administrasiyasının Yaxın Şərq müharibəsinə yönəlik bəzi müqaviməti müşahidə olunurdu, amma indi Tramp ABŞ əsgərlərinin həlak olmasını bəhanə gətirərək müharibəni daha da genişləndirmək istiqamətində daha ciddi addımlar ata bilər. Bəzi məlumatlara görə, buna hazırlıq prosesləri başlayıb. Böyük ehtimalla hazırda verilən müvəqqəti fasilə daha genişmiqyaslı yeni müharibənin hazırlığıdır. Belə anlaşılır ki, yaxın vaxtlarda müharibənin dayanma ehtimalı yoxdur. Tramp administrasiyası İran problemini birdəfəlik həll etmək niyyətində olduğunu büruzə verir. Bu barədə Trampın özünün də bir neçə dəfə açıqlaması mövcuddur”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05