!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan ABŞ-a müharibə cavabı: "Bu ərazilər onlara yaşanmaz hala gələcək"

!Reklam – Yazi

İran tərəfi ABŞ-ın hərbi hədə-qoxularına cavab verib.

Yenicag.az xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərərgahı məlumat paylaşıb.

Baş Qərərgah sözcüsü Əbufazl Şikarçı İrana qarşı həyəta keçiriləcək hər hansı hərbi əməliyyatların qarşı tərəfə pis nəticələr verəcəyi ilə hədələyib:

“Əgər İrana qarşı hərbi müdaxilə olarsa, bu ABŞ və onun bölgədəki müttəfiqləri üçün ağır nəticələrə səbəb olacaq. Biz heç bir ölkəyə müharibə etməyəcəyik. Lakin bizə qarşı belə bir təhdid varsa, səssiz də qalmayacağıq. Düşmən xırda bir səhv belə edərsə, Orta və Qərbi Asiyada İranın yıxıcı zərbələri ilə qarşılaşacaq və ayaqda qalması çətin olacaq. Ərazilərimizə bir güllə belə atılarsa, bölgə ABŞ və müttəfiqləri üçün yaşanmaz yer olacaq”.

Qeyd edək ki, iki ölkə arasındakı gərginlik İranın ABŞ-a aid Pilotsuz Uçuş Aparatını vurması ilə başlayıb. İran PUA-nın ölkənin hava sərhədlərini pozduğu üçün vurulduğunu qeyd etsə də, ABŞ tərəfi PUA-nın beynəlxalq hava ərazisində uçuş manevrləri həyata keçirdiyini söyləyir.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

1286
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv