Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Məlumatda həmçinin vurğulanıb ki, bundan əvvəl Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yerləşdirilən 2 nəfərin bədəninin hərarəti normaya uyğundur: “Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir”.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Loading...

www.yenicag.az

377
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100