Reklam: High Technic
hightechnic

İrandan Trampa çox sərt mesaj: “ABŞ-ı və müttəfiqini vurarıq”

İranın məşhur ayətullahlarından Əhməd Hatəmi Trampa qarşı sərt bəyanat verib.

Yenicag.az xəbər verir ki, İrana qarşı sanksiyalarla bağlı çıxış edən ayətullah “ABŞ və onun bölgədəki müttəfiqi İsrail bizim əsəblərimizi sınaqdan keçirtməsinlər” deyib.

Tehran məscidlərindən birində çıxış edən ayətullah Hatəmi “Artıq vur-qaç dönəmi bitib. İrana qarşı ən kiçik hücumda ABŞ-ı dünyanın dörd bir yanında səfil gününə qoyarıq. Sadəcə, ABŞ-ı deyil, onun bölgədəki sionist müttəfiqini də hədəf alarıq” deyə, sərt açıqlama verib.

ABŞ ilə hər hansı müzakirənin yersiz olduğuna diqqət çəkən ayətullah “ABŞ müzakirə deyil, diktə etmək istəyir. Trampın istədiyi diktatorluqdur və biz bununla əsla razılaşmayacağıq”, deyə fikrini tamamlayıb.

www.yenicag.az

1816