!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranı müharibəyə məcbur cəlb edəcəklər” – Bu savaşdan hansı dövlət qalib çıxacaq?

!Reklam – Yazi

“İranı müharibəyə məcbur cəlb edəcəklər”.

Bu sözləri Yenicag.az-a açıqlamasıda hazırda İranla İsrail arasında müharibə ehtimalını şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, İsrailin şıltaqlığı böyük müharibəyə aparır.

“İranı dəfələrlə müharibəyə cəlb etmək istəyiblər. Ancaq İran tərəfi birbaşa müharibəyə qoşulmayıb. İran öz maraqlarını proksi qüvvələri vasitəsi ilə həyata keçirib.

İsrail-HƏMAS toqquşmasında İsraili haqlı hesab edirdim. Çünki İsrailə qarşı bir hücum həyata keçirilmişdi. İsrail tərəfi isə bunun cavabını verirdi”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, indiki məqamda isə İsrail heç cür haqlı hesab etmək olmaz:
“İsrail şıltaqlıq edir. ABŞ isə onu hər fürsətdə müdafiəsindədir. Hesab edirəm ki, ABŞ bu məsələdə yenidən düşünməlidir. İsrailin bu şıltaqlığı böyük müharibəyə gətirib çıxara bilər. Hesab edirəm ki, İsrailin bu cür davam etməsi dünya müharibəsinə də gətirib çıxara bilər. Bu cür müharibə böyük fəlakətlərə yol açacaq. Bu müharibədən İsrail və ABŞ-nin qalib çıxacağı isə sual altındadır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv