İranın cənubunda güclü zəlzələ oldu

media-hightechnic-468x90

Bu gün yerli vaxtla 11:45-də İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Behbəhan rayonunda 4 bal gücündə zəlzələ baş verib.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, 4 yanvarda Xuzistan vilayətinin Məscid Süleyman rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 200-dən çox evə ziyan dəyib./trend

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05