İranın “fətva” təxribatı yalan çıxdı

media-hightechnic-468x90

12Azərbaycan saytlarında  Səudiyyə  Ərəbistanı müftisi  Abdulaziz ali Şeyxin guya,  “kişi zərurət halında arvadının bədəninin bir hissəsini və ya hamısını yeyə bilər!” kimi fətva verməsi ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, yayılan məlumatlarda Səudiyyə müftisinin guya belə dediyi irəli sürülür:

“Bu, o deməkdir ki, qadın ərinin bir parçasıdır və bu qərara boyun əyməklə özünün ərinə olan itaətini və fədakarlığını göstərir”.

Avropa.info-nun  araşdırması nəticəsində bəlli olub ki, ümumiyyətlə belə bir fətva yoxdur.  Səudiyyə  Ərəbistanı  müftiliyinin rəsmi saytında  bu haqda bir cümlə də olsun yazılmayıb. Halbuki, Səudiyyə  Ərəbistanı  müftisinin verdiyi bütün fətvalar anındaca müftiliyin saytında yerləşdirilir.

Araşdırma zamanı bəlli oldu ki, belə bir fətvanın verilməsi haqqında informasiyanı  hazırda Səudiyyə Ərəbistanı ilə  soyuq müharibə şəraitində olan İran mediası yayıbmış. Bundan başqa İraq və Livan mətbuatı da bu haqda məlumatlar verib.

Bir çox ərəb KİV-ləri isə müftinin belə bir fətva vermədiyini, sadəcə  sosial şəbəkə istifadəçiləri tərəfindən  bu “fətva”nın yayıldığı yazılıb.

Qeyd edək ki,  Şeyx Abdulaziz Ali  Səudiyyə Ərəbistanı kralı Salmanla qohumluq əlaqələrinə malikdir.

Səudiyyə Ərəbistanı Ermənistanı rəsmən tanımayan iki ölkədən biridirt. Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün öncə, Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdu.

Yenicag.az bildirir ki, bu barədə xəbərə ilk etiraz edənlərdən biri baş redaktorumuz, ilahiyyatçı Aqil Ələsgər oldu. Bunu dövlətlərarası münasibətlərə təxribat  hesab edən A.Ələsgər öz Facebook hesabından bunları yazıb: “İranla Səudiyyə Ərəbistanı arasında informasiya savaşı davamlı olaraq, bir-birinin dini rəhbərləri haqqında heç də həqiqətə uyğun olmayan xəbərlərin meydana çıxmasına səbəb olur. Belə ki, sələfilər ayətullahlar Xomeyni və Xamneyinin, şiələr isə sələfi alimlərin adından “fətva” yayırlar. Bu gün çox ciddi xəbər saytlarımız Səudiyyə Ərəbistanı müftisinin qadın əti yemək barədə “fətva”sını yayıblar. Əzizlərim, ərəb dilini bilməyə bilərsiniz, ancaq həmin müftinin saytının türkcə bölümü də var. Oraya daxil olaraq, görə bilərsiniz ki, belə bir fətva yoxdur. Ayrıca, fətvanın sıra nömrəsi, qaynağı və fətvanı imzalayan üç şəxsin adı olmalıdır. Bu fətvada isə bunlardan heç biri yoxdur. Bu İranın Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrindən qıcıqlanaraq, dövriyyəyə buraxdığı təxribat xarakterli məlumatlardan biridir. Hə, bu müftilərin səhvi yoxmu, bunların bütün sözləri düzdür kimi bir iddiada da deyiləm. Fəqət belə bir fətva yoxdur. Buyurun, özünüz axtarın, tapana yaxşı hədiyyəmiz olacaq: http://alifta.net/default.aspx?languagename&languagename=tr”.

Ərəb müftisinin fətvaları belə olur. Eyni zamanda tanınmış ayətullahların da saytlarında fətva şəkli buna oxşardır. Yəni, işarə qoyduğum məqamlar yoxdursa, saxtadır. Etibar edilməz:

12

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600