“2011-12-ci illərdə İranın atom bombasına malik olmasına dair ehtimallar ciddi şəkildə müzakirə olunurdu”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İranın atom bombasına malik olması haqda fikirləri dəyərləndirən siyasi elmlər namizədi, Strateji Qiymətləndirmə və Proqnoz Mərkəzi baş direktorunun müavini İqor Pankratenko deyib.
İqor Pankratenkonun sözlərinə görə, İranın atom bombası hazırlamaq imkanları kifayət qədər yüksəkdir:
“Açıq desək, 2011-12-ci illərdə İranın atom bombasına malik olmasına dair ehtimallar ciddi şəkildə müzakirə olunurdu. Hətta nəinki müzakirə olunurdu, həmçinin İranın atom bombası əldə etməsi üçün malik olduğu texniki imkanlardan tutmuş agentura şəbəkəsinə qədər bütün resursları araşdırılırdı.
Çox diqqətlə aparılan bu tədqiqatların yekununda əldə olunan nəticələr bu gün üçün də aktualdır: İranın zəruri hallarda çox qısa müddətdə atom bombası hazırlamaq imkanı var. Lakin söhbət kütləvi istehsaldan yox, bir neçə bombadan gedir. Şəxsən mənim bu yanaşmaları şübhə altına almaq üçün əsaslarım yoxdur”.
Qafqaz Ömərov
www.yenicag.az