İranın “şərtsiz kapitulyasiyası”: Tehran üçün İNTİHAR?

media-hightechnic-468x90

“Amerikanın hazırda İranı təhdid etməsi və deməsi ki, “şərtsiz kapitulyasiya et” – bu, düşünmürəm ki, bütün Amerikanın dövlət beyninin fikridir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

O, İran və İsrail arasında baş verən son hadisələri və Vaşinqtonun “şərtsiz kapitulyasiya” tələbini şərh edib.

Analitikin sözlərinə görə, bu, daha çox Trampın fikridir:

“Tramp isə qəbul etdiyi qərarlarla, əslində, Amerika Birləşmiş Ştatlarını çıxılmaz vəziyyətə salıb. Bu haqda bir sıra Amerikada məşhur ictimai-siyasi xadimlər fikir söyləyirlər ki, Amerikada Konqresin icazəsi olmadan xaricdə hərbi əməliyyatın keçirilməsi Amerika qanunları ilə uyuşmur. Amma faktiki olaraq Amerika bu addımı atdı”.

“İran kapitulyasiya edəcəkmi? İranın kapitulyasiya etməsi, əslində, oradakı rejimin özünü intihar etməsi deməkdir. Hesab etmirəm ki, İran özünü intihar yolunu seçsin. Çünki İran beynəlxalq münasibətlər sistemində Amerikanın son addımlarının məhz ABŞ cəmiyyəti daxilində heç də birmənalı qarşılanmadığını izləyir və görür. Əraqçinin də Rusiyaya getməsi və Rusiya ilə hər hansısa bir danışıqlar aparması məhz bunun nəticəsidir”, – deyə o, əlavə edib.

A. Hüseynov hesab edir ki, Rusiya bu məsələdə aktiv şəkildə nə İranın, nə ABŞ-nin yanındadır:

“Rusiya İranla situasiya tərəfdaşıdır, yəni Amerikanın regionda güclənməsinə qarşı İranla bir yerdədir. Moskva Vaşinqtonun regionda güclənməsini istəmir, çünki bir sıra coğrafiyalarda münasibətləri heç də yaxşı deyil. Buna baxmayaraq, İran bu münaqişədən diplomatik vasitələrlə, özünün simasını qoruyaraq çıxmağa, yəni, əgər yerüstü əməliyyat olmazsa, o zaman məsələnin diplomatik yollarla həllini etməyə çalışacaq.

Rusiyaya gəldikdə isə bəzilərinin ehtimal etdiyi kimi, Kreml o qədər də təsiredici bir gücü yoxdur. Prosesin həlli yalnız Böyük Britaniya, Çin və regional dövlət kimi Türkiyədən asılıdır. Hətta durum o qədər gərgindir ki, onun yekunlaşmasına İsrailin belə təsiri sadaladığım dövlətlərdən azdır”.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600