İranın tanınmış müctəhidi bəyanat yayıb
İranın tanınmış müctəhidlərindən olan Ayətullah Nasir Məkarim Şirazi bəyanat yayımlayıb və müsəlmanları İŞİD-ə qarşı mübarizəyə çağırıb.
Bəyanatda deyilir: “İraqda terrorçu qruplaşması olan İŞİD-ə qarşı mübarizə, İraqın ərazi bütövlüyünün, xüsusilə müqəddəs məkanların qorunması bütün müsəlmanlara və Əhlibeyt tərəfdarlarına Allah yolunda cihad kimi vacibdir”.
Bəyanatda İŞİD təkfirçi qruplaşmasının bəzi ərəb ölkələri, ABŞ və İsrail tərəfindən dəstəkləndiyi vurğulanır: “Onlar şiə və sünni, kürd və ərəb arasında ixtilaflar yaratmaq istəyirdilər, lakin Nəcəf dini elmi gimnaziyasının müctəhidlərinin cihad hökmü ilə 2 milyondan çox insan İraq ordusuna dəstək olmaq üçün ad yazdırdı: “Düşünürəm ki, İraq Silahlı Qüvvələrinin yanında xalq tərəfindən də ordunun yaranması gələcəkdə bu ölkənin suverenliyini qorumaq üçün yaxşı bir işdir. Bütün ölkələrdə İslam və Əhlibeyt tərəfdarları hazırlıqlı vəziyyətdə olmalıdır və lazım gələrsə və İraq hökuməti istəyərsə, onlara birləşməlidir”.