İranla bağlı koordinatları Ermənistan VERİB? – “Həqiqətlər üzə çıxmalıdır, əks halda...”

media-hightechnic-468x90

“Qonşu ölkələr də bu proseslərdə Ermənistanı cəzalandırmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

media-ezizelibeyli1

O, Ermənistandakı mülki missiyanın İran ərazisindəki strateji obyektlərin koordinatlarını ötürməsi ilə bağlı yayılan iddiaları şərh edib.

Analitik bildirib ki, bu prosesin ciddi nəticələri ola bilər:

“Qonşu ölkələr, xüsusilə İran Ermənistanın bu addımlarına sərt reaksiya verməli və adekvat cəza tədbirləri görməlidir. Çünki Ermənistanın mülki missiya adı altında pozuculuq hərəkətləri gələcəkdə regionda hərbi kəşfiyyat proseslərinin həyata keçirilməsi üçün zəmin yaradır. Nəticədə isə regionda təhlükəsizlik baxımından böyük risklər doğurur”.

“İran rəsmi qaydada açıq şəkildə Ermənistanla məsələni aydınlaşdırmalıdır. Bu iddialarla bağlı öz mövqeyini açıq şəkildə ifadə etməlidir ki, həqiqətlər üzə çıxsın. Əks halda, mövcud iddialar yalnız ehtimallar səviyyəsində qalacaq və regionda gərginliyi artırmaqdan başqa bir nəticə verməyəcək. Qonşu ölkələr də bu proseslərdə Ermənistanı cəzalandırmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600