İraqda yeni hökümət təşkil edildi
İraq parlamenti dünən axşam keçirdiyi toplantıda baş nazir Heydər əl-İbadinin təklif etdiyi yeni tərkibli hökuməti təsdiqləyib.
Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, təsdiqlənmiş yeni tərkibli hökumətdə hələ daxili , müdafiə və maliyyə nazirləri müəyyən edilməyib. İraqın yeni baş naziri Heydər əl-İbadi əsas üç nazirliyin məsələsinə bir həftə ərzində aydınlıq gətiriləcəyini vəd edib.
Məlumata görə, yeni tərkibli hökumətdə sabiq baş nazir Nuri əl-Maliki əsasa rəqibi Əyyad Əllavi ilə birgə vitse-prezident vəzifəsini daşıyacaqlar.
Bu arada İraqda yeni tərkibli hokumətin təşkil edilməsi rəsmi Vaşinqton və eləcə də BMT tərəfindən alqışlanıb.
Qeyd edək ki, İraq parlamenti bir aydan artıq idi ki yeni hökumətin təşkil edilməsi məsələsində müzakirələr aparırdı. Ekspertlərin fikrincə baxmayaraq, ki yeni hökumətin əsas üçü naziriliyi məsələsinə tam aydınlıq gətirilməyib, amma son addımlar ölkədə siyasi çəkişmələri səngidəcək.