Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İraqın baş naziri hədələdi: "Hərbi yola baş vuracağıq"

“Əgər Şimali İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu zorakılığa yol açsa, hərbi yola baş vuracağıq”.

Yenicag.az “Associated Press”ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər Əl Abadi deyib. Onun sözlərinə görə, əgər İraq xalqına qarşı hansısa təhlükə ehtimalı olsa, hərbi müdaxilə ediləcək.

Abadi bildirib ki, İraq Konstitusiyasına etiraz etmək, sərhədlərini tanımamaq region ölkələrinin İraq sərhədini pozması üçün açıq dəvət olar. Bu isə çox təhlükəli eskalasiyadır.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani referendumla bağlı qərarı dəyişmədiyini bəyan edib.

“İndiyə qədər bizə alternativ bir yol göstərilmədi. Referendum müstəqillik əldə etməyimiz üçün bir vasitədir, hədəf deyil. Məqsədimiz müstəqillikdir. Ən böyük problem Bağdaddakı qardaşlarımızın həqiqi tərəfdaşlığı qəbul etməmələridir. İnciməyin, biz də xidmətçi olmağı qəbul etmirik”.

Xatırladaq ki, iyunun 7-də bölgə lideri Məsud Bərzani sentyabrın 25-də müstəqillik referendumu keçirəcəklərini açıqlamışdı.

İraq höküməti isə bu referendumun konstitusiyanın əleyhinə olduğunu və nəticəsini tanımayacağını bildirir.

www.yenicag.az

1526