!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

”İrəli”nin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

!Reklam – Yazi

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” milli vətənpərvərlik aksiyası haqqında fikirlərini bildirib

Yenicag.az xəbər verir ki, MirHəsən Seyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edib ki, aksiyanın uğurla davam etməsi ölkədə vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir:

“2014-cu ildə “İrəli” İB-nin təşəbbüsü ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin geniş vüsət alaraq Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, “Bayraq” əsərinin məşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik. 2016-ci ildə Azərbaycan ordusunun, gəncinin Aprel döyüşlərinin şanlı qələbəsinə ölkəmizdə həmrəylik nümayiş etdirmək məqsədi ilə “Eyvanlara bayraq asaq” aksiyasına başladıq. Beləliklə, zəfər sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş vüsət almağa başladı.”

“Sovet ittifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu il Prezident İlham Əliyevin gənclərlə görüşündə vətənpərvərlik, milli ruh fikirlərinə əsaslanaraq, İRƏLİ illərdir başlayan bu ənənəni davam etdirərək, Azərbaycanı “Üçrəngli bayrağın kölgəsində” toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda #BayraqMenliyimdir adı ilə yüzlərlə gənc, “İrəli” İctimai Birliyinin üzvləri ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri, olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl qurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.

MirHəsən Seyidov onu da qeyd edib ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda, torpağına, bayrağına bağlı olmalıdır:

“Biz də hər zaman bu mənəvi dəyərlərin inkişafı üçün çalışırıq. Bu bizim ümummilli məsələmizdir. Mübarizə əzmimizin ən bariz nümunəsidir. Üzərində yüzlərlə şəhid qanı, qazi şücaəti daşıyır bu bayraq. Məhz bu səbəbdən səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarında dalğalandıran bütün şəxslərə təşəkkür edirəm”.

COP29

www.yenicag.az

2208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv