“İrəvan Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə üçün kommunikasiyaları açmağa hazırdır, lakin bu yol Ermənistanın suverenliyindən kənarda ola bilməz”.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
“Ermənistan nəinki təxribat törətmir, hətta kommunikasiyaların açılmasına hər cür dəstək verir və eləcə də “Dünyanın kəsişməsi” layihəsini də təqdim edib. Biz Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya yollarını təqdim etməyə hazırıq, lakin aydındır ki, bu, ancaq ölkəmizin suverenliyi daxilində olmalıdır”, – deyə Paşinyan bildirib.
www.yenicag.az