İrəvan “Qarabağ kartı”nı YENİDƏN OYNAYIR – “Heç bir nəticə verməyəcək”
“Qarabağ məsələsini yenidən gündəmə gətirmək revanşistlərin oyunlarıdır”.
Bu sözləri Ermənistanda revanşistlərin aktivləşməsi və “Qarabağ kartı”nın yenidən aktivləşdirilməsini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, revanşizm Ermənistan dövlətinin sonunu gətirə bilər:
“Revanşistlərin və Qarabağdan köçən ermənilərin aktivləşməyinin uğur gətirəcəyinə inanmıram. Bu, əksinə, erməni xalqının özünə qarşı bumeranq kimi yenidən qayıdacaq. Bütünlükdə, erməni dövlətçiliyinin mövcud olub-olmaması məsələsini gündəmə gətirəcək. Qarabağ məsələni qaldıranların sayı azdır və onların elektoral bazaları yoxdur. Qarabağdan köçənlərin böyük hissəsi Rusiyaya, Fransaya gediblər. Qarabağdan köçən ermənilərin Türkiyə ilə sərhəd ərazilərə köçürülməsi gündəmə gəlib. Qarabağ məsələsi bitib, bunu yenidən gündəmə gətirmək revanşistlərin oyunlarıdır. Bu oyunlar da heç bir nəticə verməyəcək”.
Səxavət Məmməd