!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvana AÇIQ MESAJ: “Cavabımız çox ağır olacaq”

!Reklam – Yazi

“Əgər İrəvan belə bir addım atarsa, cavabımız çox ağır olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesinin davam etdiyi dövrdə təxribata əl atmasının nə ilə nəticələnəcəyindən danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana göndərilən sülh təkliflərinə cavab gözləyir.

“Nəzərə almaq lazımdır ki, sülhə nail olmaq həm də Ermənistanın özü üçün vacibdir. Amma Ermənistan sülh çağırışımıza cavab vermir. Əvəzində isə yenidən təxribatlar barədə informasiyalar yayılır. Əgər belə bir addım atarsa. cavabımız çox ağır olacaq. Bu baxımdan, Ermənistanda təxribatlara hazırlaşmaqla bağlı səslənən fikirlərin əsassız olduğunu hesab edirəm. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın gücünü yaxşı bilir. Yenidən müharibənin baş verməsinə aparan əməllərə yol verməyəcəklərini hesab edirəm”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv