!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda keşiş Baqrat ÜSYANI: Paşinyan erməni kilsəsində çevriliş planı hazırlayır

!Reklam – Yazi

“Ermənistanın Tavuş bölgəsində baş verən etiraz aksiyaları, radikal-revanşist çağırışlar və nəticədə etirazçıların İrəvana yürüş etməsi, eləcə də paytaxtda aksiyaları davam etdirməsi, hətta bu işdə birbaşa olaraq kilsənin fəallıq göstərməsi, təbiidir ki, bölgədə gedən proseslərə çox ciddi zərbə vurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi şərhçi keşiş Baqrat Srbazın (Qalstyan – red.) başlatdığı etiraz aksiyaları fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə təsiretmə amillərindən söz açıb.

Onun sözlərinə görə, şübhə yoxdur ki, bu hadisələr xarici qüvvələr – Qərb və Avropa tərəfindən planlaşdırılıb, həyata keçirilir:

“Hətta sözügedən iğtişaşların planları belə Qərbdə hazırlanıb. Məqsəd isə kilsədən istifadə edərək, revanşizmin və radikalizmin pik həddə çatdırılması, habelə Cənubi Qafqazdakı proseslərə nüfuz etmək və burada baş verənləri gərginləşdirmək xarakteri daşıyır. Təbiidir ki, sonda Azərbaycanla sülh prosesinin imzalanmasına maneçilik törətmək əsas məqsəddir”.

S. Kərimli hesab edir ki, Ermənistanda zaman-zaman baş qaldıran separatçı meylli qüvvələr də hazırda xüsusi canfəşanlıq göstərir:

“Bu gün Paşinyan hakimiyyətinə əsas təzyiq kimi bu alətdən istifadə olunur. Nikol Paşinyan isə proseslərin hansı məcrada yönəlməsini anlayır və ona görə də yeganə yol olaraq kilsənin parçalanması, yaxud prosesi həyata keçirən qüvvələrin ram edilməsi istiqamətində müəyyən addımlar atmağa məcburdur. Əgər Paşinyan Ermənistanı bir dövlət kimi xilas etmək, habelə Azərbaycanla mümkün hərbi qarşıdurmadan çəkindirmək istəyirsə, o cümlədən, həqiqətən də sülh müqaviləsi imzalamaq fikrindədirsə, onda baş nazir iğtişaşçıları və revanşistləri neytrallaşdırmağı da bacarmalıdır”.

Politoloqun qənaətinə görə, baş nazir bu istiqamətdə, ilk növbədə, kilsə nümayəndələri ilə danışıqlar qurmağa başlayır ki, ona qarşı etirazlar səngisin və Azərbaycanla sülh müqaviləsi imzalansın:

“Bundan başqa, Türkiyə ilə münasibətlər normallaşdırılmalı, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü tanınmalı, nəqliyyat-kommunikasiya xətlərinin açmalı və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Bu gün Ermənistanın xilası sözügedən revanşistləri neytrallaşdırılması, onların proseslərdən çəkindirilməsi və sülh müqaviləsinin imzalanmasıdır”.

Xatırladaq ki, İrəvanda başlayan keşiş Baqratın üsyanından sonra erməni mətbuatı Paşinyanın erməni apostol kilsəsində çevriliş hazırlaması ilə bağlı iddialar səsləndirir.

Məlumata görə, Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın etiraz fəaliyyətindən narazı olan bir sıra din xadimləri ilə bu barədə gizli danışıqlar aparır və onları öz tərəfinə çəkməyə hazırlaşır.

Rafi Müslümov

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv