İrəvanda bir nəfər özünü yandırmağa cəhd edib.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu gün İrəvanda hökumət binasının girişində bir erməni üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.
Polis vaxtında hadisənin qarşısını ala bilib.
Özünü yandırmağa cəhd edən erməninin tələbləri olub. O, “dünyanı xilas edəcəyini” deyib.
“Yaxınlaşmayın, hamınızı məhv edərəm. Bütün dünyanı xilas etmək planı məndədir, mən bütün dünyanın enerjisiyəm.
Ermənisiz Ermənistan proqramını bir nəfər həyata keçirir, bu, Paşinyan deyil”, – deyə o əlavə edib.
Xuraman Etibarlı
www.yenicag.az