“Səmimi olmayan mesaj yalnız və yalnız siyasi manevr sayıla bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistan tərəfindən səsləndirilən sülh çağırışlarının nə dərəcədə səmimi olduğuğ və bu istiqamətdə proseslərin gedişatından danışan politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, ara-sıra Ermənistan sülhlə bağlı danışır, digər tərəfdən isə sürətli şəkildə silahlanır.
“Bu silahlanma bir neçə istiqamət üzrə həyata keçirilir. Yəni belə gedişat səmimiyyətin aradan qalxdığının göstəricisidir. Sülh istəməyin əsas şərti silahlanmanı dayandırmaqdan keçir. Müqavilə imzalandıqdan sonra isə silahlanmanı beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq müəyyən həddə qədər aparmaq lazımdır. Faktiki olaraq, Ermənistanın həm sülhlə bağlı mesajı, həm də sürətli şəkildə silahlanması onun səmimiyyətini şübhə altına salır. Səmimi olmayan mesaj isə yalnız və yalnız siyasi manevr sayıla bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az