İrəvandan sülh məsələsində İKİLİ ROL: “Paşinyan belə bir müharibə istəməz”
“Ermənistan eyni anda həm Azərbaycanla sülh danışıqlarını irəlilətməsi, həm də silahlanmasını sürətləndirməsi ilə ikili oyun oynayır”.
Bunu Yenicag.az-a açıqlamasında Moskvada yaşayan amerikalı ekspert Endryu Koribko deyib.
Siyasi təhlilçi İrəvanın sülh danışıqlarını davam etdirməsi fonunda şərti sərhəddə hərbi gücünü artırmasının pərdəarxası məqamlarına toxunub.
Onun sözlərinə İrəvanın son həmlələri ehtiyatlı yanaşma kimi qiymətləndirilə bilər, lakin bu, Ermənistanın yeni bir müharibəyə başlamağa hazır olduğu kimi şərh edilməməlidir:
“Ermənistan hərbi baxımdan Azərbaycan tərəfindən məğlub edilib və yalnız Rusiyanın diplomatik müdaxiləsi sayəsində xilas olub. Buna görə də real olaraq yeni bir müharibədə qalib gəlmək imkanına malik deyil və bu səbəbdən də müharibə təxribatına getməsi inandırıcı görünmür. Bununla belə, sərhəddəki silaha meylli hərbçilər təsadüfən yeni bir müharibəyə səbəb ola bilərlər. Amma Paşinyanın özü, çox güman ki, belə bir müharibə istəməz, çünki Ermənistanın növbəti qaçılmaz məğlubiyyətdən sonra heç vaxt bərpa olunmayacağından haqlı olaraq qorxa bilər”.
Rafi Müslümov