"İrəvanın Aİ-yə üzv olmaq cəhdindən narahatıq" - Rusiya XİN
Moskva İrəvanın Aİ-yə üzv olmaq cəhdindən narahatdır.
Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Qərbin onu geosiyasi oyunlarına sürükləyəcəyi təqdirdə Ermənistan Aİİ-nin üstünlüklərini itirmək riski ilə üzləşəcək: “Təbii ki, Ermənistanın Aİ-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür istəklər bu ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmır və biz bu barədə erməni tərəfdaşlarla çoxsaylı təmaslarımızda danışırıq.
Məlumdur ki, Aİİ-də iştirak sayəsində Ermənistan dinamik inkişaf edir və İrəvan üçün bütün əsas sektorlarda iqtisadi artım müşahidə olunur. Qərb Ermənistanı öz geosiyasi oyununa sürükləyərək, Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmağa çalışarsa, bu, Ermənistanın itirə biləcəyi böyük sərvətdir”. /unikal