!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın müharibə hazırlığı: Ermənistan ordusunu bu vəziyyətə gətirmək istəyir

!Reklam – Yazi

“Yaxın 5 ildə ən azı Ermənistan silahlı qüvvələrini 2020-ci ilin 26 sentiyabr vəziyyətinə gətirib çıxarmaq istəyəcək”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanın silahlanması, balans siyasəti və bunun səbəblərini dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev səsləndirib.

Onun sözlərinə görə, Ermənistanın indiki məqamda silahlanmasının narahatedici əsası yoxdur.

“Ermənistanın silahlanmasına mülki nöqteyi nəzərdən baxanda Ermənistan müharibəyə hazırlaşırmış kimi görsənir. Hərbi nöqteyi-nəzərdən baxanda orduda ştat sturukturu olur, bölmələrin ştat strukturunda hansı silahlanma olmalıdır, onu bu silahla təmin edib, sıraya qoymalıdırlar. Bu, çox böyük zərurət və ehtiyacdır. Bunu da Azərbaycan yaratdı. 44 günlük müharibənin nəticələrində Ermənistan ordusunun 50 faizinin ştat sturukturuna uyğun olaraq, silahlanması yerində yoxdur”, hərbi ekspert bildirib.

E.Şıxəliyev qey edib ki, baş verənlər Paşinyan istəyir deyə, baş vermir:

“Silahı qüvvələrin ştat sturukturunda nə varsa, Ermənistan onu təmin etməlidir. Hər bir dövlətin müdafiə doktrinası var. Müdafiə doktrinası təmin edilməsi üçün silahlı qüvvələr komplektləşdirilməlidir.

Düşünürəm ki, yaxın 5 ildə ən azı Ermənistan silahlı qüvvələrini 2020-ci ilin 26 sentiyabr vəziyyətinə gətirib çıxarmaq istəyəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv