Azərbaycan Kültür Dərnəyinin başqan yardımıçısı, Türkiyədə Azərbaycanın haqları uğrunda yorulmaz mübariz İsa Yaşar Tezel Milliyətçi Hərəkat Parityasından İğdır şəhəri bələdiyyə başqanlığına namizəd göstərilib.
Bunu hörmətli İsa Yaşar bəy öz facebook səhifəsində bu sözlərlə təsiqləyib: “31 mart bələdiyyə seçkilərində məni İğdır bələdiyyə başqan nəmizədliyinə layiq görən partiyam MHP-yə, başqanımız Devlet Bahçeliyə və dəstəkləri ilə məni yalnız buraxmayan bütün yerlilərimə təşəkkür edirəm.
31 mart bələdiyyə seçkilərində İğdırı və 45 illik partiyamı ən yaxşı şəkildə təmsil edəcəyimə şərəfim üzərinə and içirəm.
Qardaşlarım, dostlarım, böyüklərim!
İndi İğdır üçün birlik zamanıdır. Parityasına, etnik mənşəyinə, ideologiyasına baxmadan İğdırı sevən bütün yerlilərimdən yalnız amma yalnız İğdırı düşünmələrini rica edirəm.
Allah hamımızın yardımçısı olsun!
Böyük bir mübarizə bizi gösləyir!
Biz birlikdə bacaracağıq, biz birlikdə qazanacağıq!”
Qeyd edək ki, MHP-dən namizdəliyini irəli sürmək istəyən digər nüfuzlu milliyətçi Səfər Qaraqoyunlu da yazdığı mesajda hər kəsi İsa Yaşar Tezele dəstək verməyə çağırıb.
Xatırladaq ki, İğdırdan hakim Ədalət və İnkişaf Parityası Adıl Aşırımın namizədliyini irəli sürüb.
Hazırda İğdırın bələdiyyə başqanı PKK simpatizanı Müstəqil Demokrat Parityasından Murat Yikitdir. /Musavat.com
www.yenicag.az