İşçi pula görə müdirini bıçaqladı - Video

media-hightechnic-468x90

Sabunçuda işçi müdirini bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kompyuter salonu işlədən 25 yaşlı Tanrıverdiyev Tanrıverdi Mübariz oğlu ilə işçisi arasında pul üstə mübahisə yaranıb. Mübahisə zamanıda işçisi Tanrıverdi Tanrıverdiyevi bıçaqlayaraq hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya çatdırlıb. O dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətnin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində Cinayət işi başlanıb.

Araşdırmalar aparılır.

https://www.facebook.com/yenicagaztv/videos/370722146623824/

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa