Reklam

Reklam

İranda islahatçılara yaxınlığı ilə tanınan millət vəkili Mahmud Sadiqinin ölkəsi ilə bağlı ortaya atdığı iddia şok effekti yaradıb.

Yenicag.az xəbər verir ki, Sadiqi ötən illərdə İŞİD-in çirkli pulları yumaq üçün İran banklarından istifadə etdiyini bildirib. Rəsmi Tvitter hesabından paylaşım edən millət vəkili bu hadisənin həmin vaxt Suriya hökumətinin də narazılığına səbəb olduğunu söyləyib.

Sadiqi İran hökumətinin bank sistemində şəffaflıq yaratmaqdan qorxduğunu iddia edib.

Qeyd edək ki, millət vəkilinin bu açıqlaması ölkə hüdudlarından kənarda da əks-səda doğurub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 795
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."