İŞİD əsgərlərdən tonqal qalayacaq
İŞİD terror qruplaşması peşmərgə əsgərlərini yandıracağını bildirib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, terrorçular əsgərləri martın 21-də – Novruz bayramı günü iordaniyalı pilot kimi qəfəsdə yandıracaqlarını bəyan ediblər. Kərkük cəbhəsinin məsul şəxsi Aso Mamend peşmərgə əsgərləri qarşılığında bəzi şəxsləri azad edə biləcəklərini qeyd edib.
“İŞİD-ə təklif etdik ki, əsir düşmüş peşmərgə əsgərləri qarşılığında azad etməyimizi istədikləri şəxslərin adlarını versinlər. Hələlik heç bir cavab verməyiblər”, – deyə Aso Mamend bildirib.
O, əsgərlərin azad edilməsi üçün cəhdlərini davam etdirəcəklərini də deyib.
Qeyd edək ki, Peşmərgə hərbçilərinin əlində çox sayda İŞİD-çi var. Onların bəzilərini öz istəkləri ilə təslim olanlar təşkil edir.