“İŞİD hökm edəcək”
İŞİD terror təşkilatının havadarları Malayziya Havayollarına kiber hücum edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, fəlakət havayolları olaraq da tanınan Malayziya Havayollarının internet saytı dağıdılıb. Sayt bir qrup haker tərəfindən 7 saatlıq bağlanıb.
Saytın dağıdıldığı ilk saatlarda “404 page not found” (səhifə tapılmadı) yazılıb. İrəliləyən saatlarda isə saytın “browser tab” hissəsində “İŞİD hökm edəcək” ifadəsi yer alıb.
Malayziya Havayollarından bildirilib ki, xaker hücumu istifadəçilərin məlumatlarına zərər vurmayıb.
Xaker hücumunu boynuna götürən “Lizard Squad Group” adlı xaker dəstəsi ötən il də “Sony Playstation”ın serverini dağıtmışdı.