İŞİD-in bayrağı rədd olundu
Suriyanın şimalındakı Kobani şəhərində yerli kürdlərlə “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçuları arasında döyüşlər davam edir.
İŞİD-çilər üç tərəfdən mühasirəyə aldıqları şəhərin küçələrində döyüşərək irəliləsələr də, kürdlərin PKK terror təşkilatının Suriyadakı bölmələri olan PYD və YPG-nin yaraqlıları əks-hücuma keçiblər.
Kürdlər Kobaninin qərbindəki Tel Şair təpəsində İŞİD bayrağını salıblar.
Bu bayraq iki həftədən bəri təpənin zirvəsində dalğalanırdı.
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın təyyarələri isə son sutkada Kobanidə İŞİD-ə 30 raket-bomba zərbəsi endirib.
Kobanidə döyüşlər başlayandan bəri şəhəri 200 min insan tərk edib. Hərbi əməliyyatlarda 500-dən artıq insan həlak olub. (milli.az)