İŞİD-in qorxulu röyası: “Ölüm mələyi”
Qılınc və balta ilə bərabər ağır silahlardan da istifadə edən universitet müəllimi İŞİD-in qorxulu röyası oldu. Yenicag.az xəbər verir ki, İraq hərbiçiləri arasında nüfuzu günü gündən artan döyüşçünün ləqəbi isə Əbu Əzraildir(Əzrailin atası).
İranın dəstəklədiyi iraqlı şiələrdən ibarət “İmam Əli” Tuqayının siması olan “Əbu Əzrail”in 40 yaşlarında olduğu bildirilir.
Ötən il İŞİD-lə döyüşməyə gedən bu “müəllim”in social şəbəkələrdə 250 mindən çox təqibçisi var.
Əyləncəli halı ilə tanınan “Əbu Əzrail”in keçmişi ilə bağlı çoxlu şaiyələr mövcuddur. Onlardan biri də onun İraqın milli taekvando çempionu olmasıdır.