İŞİD ilahiyyatçıları təşkilatın ərazisində olan “əsir qadın sahibləri” üçün qaydalardan ibarət fətva veriblər.
Bu fətvada cihadçıların “seks köləsi” kimi istifadə etdikləri qadınlarla münasibətlərin ən intim məqamlarına toxunulur. Reuters agentliyi yazır ki, bu fətva qanun gücünə malikdir və İŞİD-in bundan əvvəlki “qadın fətvaları” ilə müqayisədə daha müfəssəldir.
Məqalədə deyilir ki, İŞİD bu fətva ilə əslində oğurlanmış, girov götürülmüş və əsir alınmış qadınların zorlanmasını legitimləşdirib. Agentlik bildirir ki, fətva ABŞ-ın Xüsusi Əməliyyat Qüvvələrinin ötən may ayında Suriyada İŞİD liderlərindən birinin sığınacağınakeçirdiyi reyd zamanı aşkar olunub.
Məsələn, bu fətvanın hökmlərindən birində deyilir ki, ata cinsi əlaqədə olduğu qadını oğluna ötürdükdən sonra təkrar onunla əlaqədə ola bilməz. Əgər söhbət ana və onun qızından gedirsə, eyni şəxs belə əsirlərin hər ikisi ilə cinsi əlaqədə olmamalıdır. Başqa bir yerdə isə deyilir ki, bir neçə nəfərin “bir əsiri vardırsa” ondan seks köləsi kimi bütün sahiblər istifadə edə bilərlər.
BMT indiyədək İŞİD-i dəfələrlə qadın və qızların oğurlanmasında və sistematik zorlamalarda ittiham edib. Bu bəyanatlarda deyilir ki, bəzi hallarda yaşı 12 olan qız uşaqlarına cinsi təcavüz edilir.
Reuters-in xəbərində bildirilir ki, İŞİD-in “müharibə qənimətləri nazirliyi” seks köləliyinin idarə olunmasını həyata keçirir. Ötən aprel ayında Human Rights Watch-un hesabatında İraq və Suriya ərazisində “qadın bazarlarının” olduğu barədə sənədləşdirilmiş məlumatlar verilmişdi.
Hesabatda deyilirdi ki, əsir və girov qadınlar zorlanır, satılır və cihadçılar arasında “hədiyyə” edilir. Sözü gedən fətvadan belə görünür ki, o, İŞİD döyüşçüləri arasında “seks kölələrinə” görə mübahisələrin baş verməməsi üçün hazırlanıb.
Məhz buna görə də fətva “bəzi qardaşlarımız qul qadınlarla rəftar məsələsində şəriət qanunlarını pozublar” sözləri ilə başlanır.
15 maddədən bəzilərində “kölələrlə mərhəmətli rəftar”dan söz açılır və deyilir ki, sahibi cariyəyə qarşı rəhmli olmalı, onu bacarmadığı işə vadar etməməlidir. Minillik tarixi olan Misir təhsil ocağı – Əl-Əzhar Universiteti, İslam ilahiyyatçılığı fakültəsinin dekanı professor Abdel Fattah Alawari Reuters agentliyinə deyib ki, İslam Dövləti təşkilatının İslamla heç bir əlaqəsi yoxdur və bu təşkilat əslində “köləliyə qarşı olan” qədim ayələri özünə sərf edən şəkildə təqdim edir.
“İslam qullar uçun köləlik yox, azadlıq istəyir, – deyib professor, – İslam yarananda artıq quldarlıq mövcud idi. Yəhudilik, Xristianlıq, Yunan, Roma və Fars mədəniyyətlərinin hamısında düşmənin qadınlarını seks köləsi etmək praktikası olub. Odur ki, İslam bu mənfur praktika ilə üzləşib və onu tədricən ləğv etməyə çalışıb”.
Reuters yazır ki, 2014-cü ilin sentyabrında bütün dünyadan 120-dək müsəlman üləması İŞİD lideriAbu Bakr al-Baghdadi-yə açıq məktub yazaraq onu “İslamın yasaqladığı kölələyi yenidən tətbiq etdiyinə” görə tənqid etmişdi.(Azadlıq)
www.yenicag.az