İŞİD-in tələbi…-Foto

media-hightechnic-468x90

82194İordaniya höküməti yapon girovun azad edilməsi üçün İŞİD-in tələbini yerinə yetirəcək.

Tokionun mövqeyi dəyişməz qalsa da, İordaniya silahlıların şərtlərinə əməl etməyə hazır olduğunu bildirib.

Yanvarın 26-da Yaponiya Baş naziri Şinzo Abe Xarici İşlər Nazirliyinə İordaniya tərəfi ilə mümkün dəyişikliklə bağlı danışıqları fəallaşdırmağı tapşırdıqdan sonra hadisələrin inkişafı İŞİD-in xeyrinə oldu. İordaniya Yaponiya vətəndaşını azad etmək üçün terrorçularla kompramisə getməyə getdi.

İordaniya parlamentinin xarici siyasət komitəsinin sədri Bassam əl-Manasir İŞİD-in yapon girovla dəyişmək istədiyi həbsdə olan iraqlı qadın Sacidə əl-Rişavini terrorçulara verəcəyini elan edib. İordaniya İŞİD-ə yapon girovun həbsdə olan terrorçu qadınla dəyişdirilməsini təklif edib. Həmin yaponla birlikdə Əmman 2014-cü ildə İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəsi Suriya üzərində vurulan pilotun da azad olunmasına nail olmaq istəyir.

İordaniya parlamentinin deputatı bildirib ki, Əmman girovların azad olunması müqabilində terrorçulardan birini sərbəst buraxa bilər: “Bir terrororçunun əvəzində girovların buraxılması problemin ən yaxşı həlli yoludur. Bununla bərabər, İŞİD-in girovların azad edilməsi üçün daha yuxarı qiymət təklif edəcəyi də gözləniləndir. Öz təyyarəçisinin taleyi üçün narahat olan Əmman yapon girovun azad olunmasına ayrılıqda baxa bilməz. Əgər biz onu danışıqlardan kənara qoysaq, İŞİD təyyarəçini öldürə bilər.”

İŞİD-in tələb etdiyi iraqlı qadın Sacidə əl-Rişavi İordaniya telekanalında etiraf edib ki, partlayışlar törətdikdən sonra 2005-ci ildə Amman otellərinin birində özünü də partlatmaq istəyib. Lakin şəhid kəməri partlamadığında sağ qalmışdı. Silsilə terror aktlarında o zaman 60-a yaxın insan ölmüşdü. Onun barəsində ölüm hökmü çıxarılsa da, hələ də edam edilməyib. Sacidə əl-Rişavi cəzasını həbsxanada çəkir. İŞİD terrorçuları indi yapon girovu bu qadınla dəyişməyi təklif ediblər. Sadcid əl-Rişavi azadlığa buraxılarsa, yapon girovu buraxacaqlarına söz verirlər.

Silahlılar girovun buraxılması üçün Yaponiya hökumətindən 200 milyon dollar pul tələb etmişdi. Tələblər yerinə yetirilmədiyi üçün girovlardan biri öldürülmüşdü. Hazırda rəsmilər digər girovu azad etməyə çalışırlar. İkinci girovun sərbəst buraxılması müqabilində isə, silahlıların əsas tələbi İordaniyada saxlanılan terrorçu qadın Sacida əl-Rişavinin azadlığa buraxılmasıdır.

“İŞİD” terror qruplaşmasının silahlıları girov götürülən iki Yaponiya vətəndaşından birini edam edib. Video görüntülərdə girovlardan biri “İŞİD”-in yeni tələblərindən bəhs edir. Terrorçular İordaniyada həbsdə olan İŞİD üzvünün sərbəst buraxılacağı təqdirdə Yaponiya vətəndaşını azad edəcəklərini bildiriblər .

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600