!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslahatçıların qələbəsi Güney Azərbaycana nə verəcək?

!Reklam – Yazi

iranazeri-765x510Elxan Şahinoğlu: “Bunun baş verməsi üçün İranın özünün demokratikləşməsi lazımdır”

İran parlamentində keçirilən seçkilər islahatçıların parlaq qələbəsilə başa çatdı. Belədə, İranda həm prezident, həm də parlament artıq islahatçıların nəzarəti altındadır.

Görəsən, bu əsasda, həmçinin son illər dünyada cərəyan edən hadisələr fonunda İranda yaşayan güneyli soydaşlarımızın hüquq və haqlarının bərpası istiqamətində də nəhayət ki, real addımlar atılacağını gözləmək olarmı? Yoxsa, Güney Azərbaycanın haqq səsinin müdafiəsi məsələsində İranın fars rejimi islahatçı, mühafizəkar olmasından asılı olmayaraq, yenə də köhnə, şovinist siyasətlərini davam etdirəcəklər?

Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında nə qədər ki, İran demokratikləşməyib, iqtidarda kimin olmasından asılı olmayaraq, güney azərbaycanlıların hüquqlarının bərpası istiqamətində real addımların atılmayacağını bildirdi: “Güney Azərbaycandan olan soydaşlarımızın ana dili və digər məsələlərlə bağlı problemləri o zaman həllini tapacaq ki, İran demokratikləşsin. Amma həm prezidentin islahatçı olduğunu, həm də bu qüvvələrin parlamentdə səs çoxluğu qazanması fonunda belə bunun Güney Azərbaycanın həyatına müsbət təsir edəcəyini demək çətindir. Keçən əsrin 90-cı illərin sonlarında da Məhəmməd Hatəmi böyük vədlərlə çıxış edərək prezident seçildi. O həmçinin, azərbaycanlılara da vədlər vermişdi. Amma hansı birini yerinə yetirdi? Heç birini, əvəzində əks prosesləri müşahidə etdik. Ona görə bu dəfə də gözləmirəm ki, islahatçıların prezident seçkilərində qələbənin ardınca, parlamentdə də əsas mövqeyə malik olması avtomatik olaraq güney azərbaycanlıların hüquqlarının təmin edilməsinə də müsbət təsir edəcək. Bunun üçün İranın özünün demokratikləşməsi lazımdır. Lakin indilikdə bunun baş verdiyini də söyləmək olmaz. Çünki parlament və prezidentlik kürsüsü hələ hər şey demək deyil. Ali dini lider orduya, digər güc strukturlarına, mediaya nəzarət edir. Ona görə də burada əsas odur ki, ali dini liderin istəyi olsun. Onun istəyi olsa güney azərbaycanlıların milli hüquqları da təmin oluna bilər.
Bu olmayana qədər islahatçıların hansısa səylərinin müsbət nəticə verəcəyini gözləmək çətindir. Amma İran dəyişikliklərə hamilədir. Bu gün də olmasa, yaxın perspektivdə dünyada baş verən dəyişikliklər dalğası İrana da gəlib çıxacaq. İran dünyaya açılmaq istəyirsə, sistem də dəyişməlidir. İnsanlar məhz ona görə islahatçılara səs verib ki, onlar Qərblə əməkdaşlıq, dünyaya açılmaq istəyir, konfrantasiya istəmirlər. Dünyay açılmaq, inteqrasiya olmaq istəyirsənsə, gərək öz daxilindəki problemləri də həll edəsən. İranda ən böyük problemlərdən biri də məhz Güney Azərbaycanın milli haqlarıdır”.

 

ELÇİN

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv