!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslam Oyunları 58 ölkədə yayımlanacaq

!Reklam – Yazi

Bu gün Bakı 2017 İslam Həmrəyliyi Oyunları yayım hüququna dair əlavə müqavilələrin imzalanmasıni bəyan edib. Bununla da, 4-cü İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq.

Yeniçağ.Az AzVision.az-a istinadən xəbər verir ki, Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma, İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları həmçinin Qazaxıstan, Türkmənistan, Tajikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.

Radio Televizionit Shqiptar (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.

Bu müqavilələr çərçivəsində, yayım hüququna malik bütün şirkətlərin aşağıda qeyd edilən bölümlər əsasında Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına dair yayım materiallarından müstəsna istifadə imkanı qazanacaqlar:

– 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımı
– Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı,
– Futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı
– Oyunlara dair iki saatlıq icmal proqramı

İmzalanan bu müqavilə bundan öncə, Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarını yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.

Yayım hüququna dair müqavilələr barədə danışan Bakı 2017-nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: “Biz, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə, 4 qitəni əhatə edən 58 ölkədə, 1.5 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. 4-cü İslam Həmrəyliyi oyunları, İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 58 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunları dörd qitədə yerləşən 58 İHİF üzvü dövlətlərin hər birindən olan idmançıların iştirakı ilə səciyyəvidir. Idmançılar futbol, yüngül atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaqlar.

İslam dünyasını birləşdirən, 12 – 22 may 2017-ci il tarixlərində keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunları çöxnövlü idman yarışlarını əhatə edən maraqlı və coşğu dolu bir tədbirdir.

Bütün dünya üzrə islam ölkələrindən olan idmançılar 20 müxtəlif idman sahəsinin 23 növünü (atletika və para atletika, su idmanı – suya tullanma, su idmanı – üzgüçülük, su idmanı – su polosu, basketball 3×3, futbol, gimnastika – idman, gimnastika – bədii, uşu, stolüstü tennis, həndbol, cüdo və para cüdo, güləş – yunan, güləş – sərbəst, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando və ağırlıq qaldırma) əhatə etməklə 10 gündən artıq davam edən yarış müddətində Bakı şəhərində 16 müasir yarış məkanında öz ölkələrini təmsil edəcəklər.

Yeniçağ.Az

COP29

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv