İslam Həmrəylik Oyunları çərçivəsində kişi basketbolçuların 3X3 növü üzrə oyunlarının təqvimi açıqlanıb. Yeniçağ.az-ın. Yarışın Əməliyyat Komitəsinə istinadən verdiyi məlumata görə, mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək.
Azərbaycan millisi Bakıda təşkil olunacaq İslamiadaya Türkiyə millisi ilə oyunla start verəcək. Komandamız ilk gündə Türkmənistanla da qüvvəsini sınayacaq. Mayın 19-da rəqibimiz Səudiyyə Ərəbistanı və Pakistan olacaq.
Bir gün sonra 1/4 finallar, mayın 21-də isə mükafatçılar bəlli olacaq.
A qrupu: Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Pakistan
B qrupu: İndoneziya, Qətər, Fil Dişi Sahili, Mali, İordaniya
18 may
İndoneziya – Qətər
Fil Dişi Sahili – Mali
İndoneziya – İordaniya
Qətər – Fil Dişi Sahili
Mali – İordaniya
Türkiyə – Pakistan
Türkmənistan – Səudiyyə Ərəbistanı
Türkiyə – Azərbaycan
Səudiyyə Ərəbistanı – Pakistan
Azərbaycan – Türkmənistan
19 may
İndoneziya – Fil Dişi Sahili
Mali – Qətər
Fil Dişi Sahili – İordaniya
Mali – İndoneziya
Qətər – İordaniya
Türkiyə – Türkmənistan
Səudiyyə Ərəbistanı – Azərbaycan
Türkmənistan – Pakistan
Səudiyyə Ərəbistanı – Türkiyə
Azərbaycan – Pakistan
20 may
1/4 finallar
21 may
Yarımfinallar
Bürünc medal görüşü
Final
Yeniçağ.az
www.yenicag.az