İsmayıl Ağayev seçiciləri ilə növbəti görüşünü keçirib-Foto,Video
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev Neftçalanın Surra kəndinin Ferma adlanan ərazisində seçiciləri ilə növbəti görüşünü keçirib.
İsmayıl Ağayev ilk öncə seçicilərə platforması haqqında məlumat verib. Daha sonra kənd sakinləri ilə səmimi söhbət edib. Kənd sakinləri bildiriblər:”Noyabrın 1-də rayonumuzun müqəddəratı həll olunacaq. Ona görə də biz vətən uğrunda vuruşan, xalqı düşünən birinə səs verməliyik. Qazımız yox, tibb məntəqəmiz yox, məktəblərimiz təmirsiz, iş yerləri yox, yollarımız bərbad haldadır. 10 ildir secib etimad etdiyimiz deputat bizi doğrultmadı. Ona görə də biz hamılıqla İsmayıl Ağayevə səs verəcəyik”.
Daha sonra İsmayıl Ağayev şəhid ailəsinə baş çəkib, şəhidin anasının yas mərasimində iştirak edib.
https://youtu.be/ag2IB7OAIL8
***
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Səfərov Rza Əli oğlu həmin dairədən deputatlığa namizəd İsmayıl Ağayevin xeyrinə namizədliyini geri götürüb. O bildirib ki: “İsmayıl müəllim 1993-cü ildə mənim komandirim olub. Mən onun şərəfinə, ləyaqətinə, vətənə olan sevgisinə bələd olan insanam. Mən gördüm ki, bu olan haqsızlıqlara qarşı tək mübarizə aparmaq mümkün deyil, ona görə də İsmayıl Ağayevlə birləşdim ki, birgə mübarizə aparaq və bu yolda millətimiz, xalqımız, xalqımızı sevən insanlar qazansın. Bu gündən mən öz namizədliyimi İsmayıl müəllimin xeyrinə geri götürürəm. Vətənimizə, xalqımıza, millətimizə xeyirli olsun.”
https://youtu.be/6BLGQA-SZhM
Seçki Qərargahının mətbuat xidməti